Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyədəki Ermənistan casusları deşifrə edildi

Türkiyədəki Ermənistan casusları deşifrə edildi


28-08-2016, 00:17. Yazar: Xeberaz
Türkiyədəki Ermənistan casusları deşifrə edildi

Anti-Armenia Tim haker qrupu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasına müdaxilə edərək böyük həcmdə məxfi informasiya ələ keçirdiyini bildirir.

Virtualaz.org xəbər verir ki, haker qrupu informasiyaların bir qismini sosial şəbəkələrdəki hesabından yayıb. Bunların arasında Ermənistan xüsusi xidmət orqanlarının Türkiyədəki agentlərinin pasport məlumatları da yer alır.

Casuslardan biri Hazal l.-nın Türkiyənin nüfuzlu universitetlərindən birində oxuduğu və Ermənistan kəşfiyyatına Türkiyədə baş verənlər haqda informasiyalar ötürdüyü bildirilir. Habelə Ermənistana işləyən casusların kürd partiyası HDP-nin mitinqlərində çəkilmiş fotoları da Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasından çıxıb. Hakerlər Ermənistan kəşfiyyatının Türkiyədəki onlarla agentinin barəsində məlumatları ələ keçirdiyini bildirir.
Geri dön