Ana Sayfa > M / Karusel / Dünya / M2 > Suriyada 30-dan çox İŞİD silahlısını öldürüldü

Suriyada 30-dan çox İŞİD silahlısını öldürüldü


17-05-2015, 18:29. Yazar: Xeberaz
Suriyada 30-dan çox İŞİD silahlısını öldürüldü
Xüsusi əməliyyat keçirilib.

ABŞ xüsusi təyinatlıları Suriyanın şərqində keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 32 silahlısını məhv edib.

Xeberaz.az İnterfax-a istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İŞİD liderlərindən biri Əbu Səyyaf məhv edilib, onun həyat yoldaşı Ümm isə saxlanılıb.

Məlumata görə, Əbu Səyyaf İŞİD-in əsas gəlir mənbəyi olan neftin Suriya və İraqda qanunsuz hasilatının əsas əlaqələndiricilərindən biri olub. O həmçinin İŞİD-in hərbi əməliyyatlarında da iştirak edib. Əbu Səyyafın saxlanılan həyat yoldaşının da terror fəaliyyəti ilə məşğul olduğu bildirir.
Geri dön