Ana Sayfa > M / Karusel / Dünya > Pakistanda partlayışlar: Ölənlən var

Pakistanda partlayışlar: Ölənlən var


15-03-2015, 18:10. Yazar: Xeberaz
Pakistanda partlayışlar: Ölənlən var
Şahidlər partlayışın canlı bomba tərəfindən həyata keçirildiyini bildiriblər.


Pakistanın Lahor şəhərində xristianların yaşadığı ərazidə partlayışlar törədilib.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, rəsmilərin iki bombanın partlaması nəticəsində azı 10 nəfər həlak olduğunu bildirirlər. Youhanabad ərazisindəki kilsələrin yaxınlığında baş vermiş partlayışlarda azı 50 adamın xəsarət alıb.

Yerli media isə ölənləri 14 nəfər olduğunu deyir.

Şahidlər partlayışın canlı bomba tərəfindən həyata keçirildiyini bildirsələr də, polis bunu təsdiq etməyib.

Partlayışlardan az sonra zorakılıq müşahidə olunan nümayişlər başlayıb. İştirakçılar təhlükəsizlik tədbirlərinin görülməməsinə etiraz edib.

Pakistanın Xristian icması tez-tez silahlıların hücumuna məruz qalır. Partlayışları Pakistan Talibanlarının filialı olan və özünü Camatul Ahrar adlandıran qrup öz üzərinə götürüb.
Geri dön