Ana Sayfa > M / Hadisə / M2 / Fotogalereya > Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan qadın tutulub

Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan qadın tutulub


16-05-2015, 18:20. Yazar: Fehrad
Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan qadın tutulub

Bakıda dələduzluq etdiyinə görə uzun müddət axtarışda olan şəxs saxlanılıb.

Xeberaz.az-in APA-ya əsasən məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

M. Gülməmmədova tərəfindən aldadılaraq pulu mənimsənilən şəxslərdən Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Geri dön