Ana Sayfa > M / Karusel / Hadisə / M2 > Borc alıb qaytarmayan qadının şikayətinə baxılıb

Borc alıb qaytarmayan qadının şikayətinə baxılıb


15-05-2015, 17:18. Yazar: Xeberaz

Borc alıb qaytarmayan qadının şikayətinə baxılıb
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Tahirə Rzayevanın şikayətinə baxılıb.


Xeberaz.az-ın məlumatına görə“Qafqazinfo”nun verdiyi xəbərə görə, Tahirə Rzayeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təmin edilməyib.

Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb.
Geri dön