Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Lənkəranski sui-qəsdini kim təşkil etdirib? - İddia

Lənkəranski sui-qəsdini kim təşkil etdirib? - İddia


18-08-2016, 16:32. Yazar: Xeberaz
Lənkəranski sui-qəsdini kim təşkil etdirib? - İddia

Rövşən Lənkəranski Rusiya mafiyasının lideri Zaxariya Kalaşovun həbsindən sonra başlayan kriminal müharibənin qurbanı olub.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentliyin iddiasına görə, 2016-cı ilin iyulunda Kalaşovun həbsindən sonra məhz Lənkəranski və Merab Canqveladzenin aktivliyi artıb. Məhz bu Canıyevə qarşı sui-qəsdin təşkilinə səbəb yaradıb.

Qeyd edək ki, Zaxariya Kalaşov Aslan Usoyanın (Ded Xasan) ölümündən sonra Rus mafiyasının əsas lideri sayılır. O, Lənkəranskinin əsas düşmənlərindən biri hesab edilir. Belə ki, indiyə qədər Ded Xasanın ölümündə məhz Rövşən Lənkəranski təqsirkar bilinir.

Bu gün Rövşən Lənkəranskiyə İstanbulda hücum olub. Hücum nəticəsində onun sürücüsü həlak olub. 5 güllə yarası ilə xəstəxanaya yerləşdirilən Lənkəranski bir neçə saatdan sonra orada ölüb.
Geri dön