Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyə qəzəb içində: “PKK çox ağır cavab verəcək”

Türkiyə qəzəb içində: “PKK çox ağır cavab verəcək”


18-08-2016, 13:23. Yazar: Xeberaz
Türkiyə qəzəb içində: “PKK çox ağır cavab verəcək”

PKK yaxşı bilməlidir ki, Türkiyə 15 iyuldan sonra çox güclənib.

Bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyə Müdafiə naziri Fikri İşıq söyləyib.

Onun sözlərinə görə, PKK-nın artıq ordunun içərisindəki xainlərdən dəstək almaq ehtimalı yox olub:

“Bundan sonrasını PKK düşünsün. 15 iyuldan sonra etdiklərinə görə çox ağır cavab verəcəklər. Buna görə heç bir tərəddüd etmirik. FETÖ-nün xəyanətini əfv etmədiyimiz kimi PKK-nı da əfv etməyəcəyik. PKK qlobal güclərin bölgədəki maşasıdır”.
Geri dön