Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Reportaj > Avropa Oyunları ilə əlaqədar qanunsuz taksilərə qarşı reydlər gücləndiriləcək

Avropa Oyunları ilə əlaqədar qanunsuz taksilərə qarşı reydlər gücləndiriləcək


15-05-2015, 17:02. Yazar: Xeberaz
Avropa Oyunları ilə əlaqədar qanunsuz taksilərə qarşı reydlər gücləndiriləcək
“Onlar xətdən kənarlaşdıracayıq”.

Bakıda I Avropa Oyunları ilə əlaqədar qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reydlər gücləndiriləcək.

Xeberaz.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı Regional idarəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı reydlər aparılır:

“Yarış ərəfəsində isə Dövlət Yol Polisi ilə birgə güclü reydlər keçiriləcək. I Avropa Oyunları ilə bağlı yollarda hər hansı bir maneəçilik yaradan istənilən qeyri-qanuni taksini xətdən kənarlaşdıracayıq”.
Geri dön