Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Foto-fakt / Fotogalereya / Müsahibə > Avstriya iş adamları “Şuşaya Azadlıq” istəyir!-(FOTO)

Avstriya iş adamları “Şuşaya Azadlıq” istəyir!-(FOTO)


15-05-2015, 16:40. Yazar: Xeberaz
Avstriya iş adamları “Şuşaya Azadlıq” istəyir!-(FOTO)

Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev Xeberaz.az-a açıqlama verib ki, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə “Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihəni Azərbaycandan kənarda Avstriyanın Salzburq şəhərində keçirməyə haqq qazanmışdır.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyevin təqdimatı altında Avstriyanın iqtisadiyyatında önəmli yer tutan şirkət rəhbərlərinin iştirakı ilə Salzburqda “Şuşaya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində 3 genişçaplı konfransdan ilki 07 May 2015-ci il tarixində ST.VIRGIL konferans mərkəzində baş tutmuşdur.
Konfransda Şuşa şəhəri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin, xüsusilə də, qərb mətbuatının o cümlədən, Avstriya Respublikasının diqqətinə çatdırılmışdır. Konfransda müxtəlif fəaliyyət formalarından (sənədli film, videolar və stendlər) istifadə olunaraq Şuşa şəhəri , o cümlədən ermənilər tərəfindən işğal olunmuş digər ərazilərimiz haqqında mövcud olan yalan və saxta məlumatlar ifşa edilərək Avstriya iş adamlarının diqqətinə çatdırılmışdır.



















Geri dön