Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Aparıcı Elgiz Əkbərin yeni verilişi bəlli olub.

Aparıcı Elgiz Əkbərin yeni verilişi bəlli olub.


14-05-2015, 17:29. Yazar: Xeberaz
Aparıcı Elgiz Əkbərin yeni verilişi bəlli olub.
Ola bilsin ki, Telli Hüseynova da layihədən uzaqlaşdırılsın.

Xeberaz.az -ın ANSPRESS-ə istinadən xəbərinə görə, “Adam içində” layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın “Sən tək deyilsən” verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir.

O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər “Günə baxan” layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq.

Hazırkı aparıcı Kamran Həsənlinin gedişi ilə “Günə baxan” layihəsində bəzi dəyişikliklər də gözlənilir. “Ola bilsin ki, “Mətbəx” rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil”.
Geri dön