Ana Sayfa > M / Karusel / Maraqlı / Foto-fakt > İşıqforda gey cütlüklər təsvir edilib.

İşıqforda gey cütlüklər təsvir edilib.


14-05-2015, 16:18. Yazar: Xeberaz
İşıqforda gey cütlüklər təsvir edilib.
Hakimiyyət bunun sakinlərin geniş baxış çevrəsinə malik olduğunu əks etdirdiyini bəyan edib.

Vyanada küçə keçidlərində onlarla işıqfor dəyişdirilib.

Xeberaz.az BBC-yə istinadən xəbər verir ki, indi bu işıqforlarda adət etdiyimiz dayanan və ya addımlayan insan fiqurları əvəzinə gey cütlüklər təsvir edilib.

“Eurovision” ərəfəsində keçidlərdə işıqforlar 120 yerdə dəyişdirilib. Bəzi işıqforlarda geterocütlüklər də təsvir edilib.

Hakimiyyət bunun Vyana sakinlərinin geniş baxış çevrəsinə malik olduğunu əks etdirdiyini bəyan edib.

“Sağ Azadlıq” partiyasından Toni Maxdalik bəyan edir ki, bu, “dəli olmuş” gender siyasətinin nümayişidir.

O hesab edir ki, yeni işıqforlara sərf edilən pulu yoxsul və işsizlərə yardıma sərf etmək daha yaxşı olardı.

Hakimiyyət ümid edir ki, əl-ələ tutan və başları üzərində ürəklərin əks olunduğu yeni piyada siqnalları yollarda təhlükəsizliyə yardımçı olacaq.

Adət edilməmiş fiqurlar piyadaların və sürücülərin diqqətini çəkir, ideya müəlliflərinin fikrincə nəticədə insanlar bir-birinə daha diqqətlə yanaşacaqlar.




Geri dön