Ana Sayfa > M / Karusel / Gündəm > Putin Azərbaycana gəldi

Putin Azərbaycana gəldi


8-08-2016, 17:33. Yazar: Xeberaz
Putin Azərbaycana gəldi

Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib.

"Xəbəraz.az " Rusiya mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində V.Putin Bakıda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra isə İran prezidenti Həsən Ruhani ilə ikitərəfli görüşlər keçirəcək.

Həmçinin, bu gün Bakıda dövlət başçıları – İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin iştirakı ilə Azərbaycan-İran-Rusiya sammiti təşkil olunacaq. Görüşün sonunda yekun bəyannamənin imzalanması gözlənilir.

Geri dön