Ana Sayfa > M / Karusel / Şou-Biznes / Foto-fakt > Pişik Günel: Maşına görə qızımı evdə qoyub gəlmişəm

Pişik Günel: Maşına görə qızımı evdə qoyub gəlmişəm


14-05-2015, 00:10. Yazar: Xeberaz
Pişik Günel: Maşına görə qızımı evdə qoyub gəlmişəm
“Mənim bu maşına ehtiyacım var”.

ANS-in efirində yayımlanan “Maşın” realiti-şousunda ulduzlar arasında qalmaqal düşdü.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, müğənni Xatirə İslamın Abbas Bağırovu dəstəkləməsi müğənni Günel Ələkbərovanı əsəbləşdirib.

O şouya arıqlamaqdan ötrü gələnlərdən fərqli olaraq maşını əldə etmək istədiyini deyib: “Mənim bu maşına ehtiyacım var. Buna görə körpə qızımı evdə qoyub gəlmişəm”.

Abbas Bağırovun cavabı özünü çox gözlətməyib. O həmkarına cavabında deyib ki, hamı bura maşın üçün gəlib: “Heç kim oyun zamanı əlində qantellə olmur. Sadəcə bizə yaranmış yaxşı şəraitdən istifadə edirik”.

Qeyd edək ki, Xatirə İslam “Maşın” souda arıqladığını bildirmişdi: “Abbas mənim idman müəllimimdir. Onun sayəsində iki kiloqram arıqlamışam. Hamıdan Abbas üçün dəstək istəyirəm”.

Qeyd edək ki, indiyə olan səs faizlərinə görə, tamaşaçıların 35,18 faizi Abbas Bağırovun oyunda qalmasını istəyir.
Geri dön