Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Putin-Sərkisyan görüşü - Qarabağ müzakirədə

Putin-Sərkisyan görüşü - Qarabağ müzakirədə


8-08-2016, 12:17. Yazar: Xeberaz
Putin-Sərkisyan görüşü - Qarabağ müzakirədə


Putin-Sərkisyan görüşündə əsas müzakirə predmeti Qarabağ münaqişəsinin həlli olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Putinin Sərkisyanı Moskvaya dəvət etməsinin səbəblərini açıqlayıb:

“Ermənistanda baş verənlər ermənilərin son məğlubiyyəti və Qarabağ münaqişəsi üzrə vəziyyətin gərgin olaraq qalmasından irəli gəlir. Regionda vəziyyət dəyişilir. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü ilə yeni formatın təşkil olunması, eyni zamanda, bu ərəfədə Rusiya-Türkiyə yaxınlaşması mühüm hadisələrdir. Belə bir şəraitdə isə Dağlıq Qarabağ münaqişəsinin bu vəziyyətdə qalması Rusiyanın maraqlarına uyğun deyil. Moskva bu məsələdə müəyyən tərəqqiyə nail olmaq istəyir. Ancaq Ermənistan hakimiyyətinin mövqeyi buna imkan vermir. Görünür, Putin də məhz bu vəziyyəti aradan qaldırmaq üçün Sərkisyanı Moskvaya dəvət edib”.

İ.Vəlizadənin sözlərinə görə, Putin Moskvada Dağlıq Qarabağla bağlı Sərkisyanın qarşısına bir neçə konkret şərt qoyacaq:

“Belə ki, tezliklə danışıqlar prosesinin yeni formasını müəyyənləşdirmək üçün Ermənistandan öz mövqeyində dəyişiklik etməsi tələb olunacaq. Sərksiyanın buna nə dərəcədə hazır olub-olmadığını deyə bilmərik. Ancaq bu dəfə yumşaq formada olsa da, Moskvadan İrəvana təzyiq gözləmək olar”.

Qeyd edək ki, Serj Sərkisyan Vladimir Putinin dəvəti ilə avqustun 10-da Moskvaya səfər edəcək.
Geri dön