Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > İŞİD -in ikinci lideri öldürüldü

İŞİD -in ikinci lideri öldürüldü


14-05-2015, 00:03. Yazar: Xeberaz
İŞİD -in ikinci  lideri öldürüldü
Əməliyyat keçirilib.

İraqın müdafiə nazirliyi İslam Dövləti (İŞİD) qrupunun ikinci hərbi liderinin öldürüldüyünü xəbər verir.

Xeberaz.az AzadlıqRadiosu-na istinadən xəbər verir ki, o, ölkənin şərqində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı ölüb.

Nazirliyin sözçüsü Tahsin İbrahimin mayın 13-də verdiyi məlumata görə, Tal-Afar şəhərindəki məscid vurularkən, yaraqlıların ikinci lideri Abdul Rahman Mustafa Mohammed də orda olub. O, həm də Abu Alaa al-Afri kimi tanınır.

İbrahimin sözlərinə görə, Abdul Rahman Mustafa Mohammed həmin vaxt məsciddə yaraqlılarla görüş keçirirmiş.

Əməliyyatda eyni zamanda onlarla yaraqlının öldüyü də bildirilir.

ABŞ rəsmiləri hələlik məlumata münasibət bildirməyib.
Geri dön