Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğanla Putinin görüşündə nələr olacaq? - Peskov açıqladı

Ərdoğanla Putinin görüşündə nələr olacaq? - Peskov açıqladı


4-08-2016, 23:04. Yazar: Xeberaz
Ərdoğanla Putinin görüşündə nələr olacaq? - Peskov açıqladı

“Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündə ölkələr arası əlaqələrin yenidən normallaşması üçün danışıqlar aparılacaq”.

"Xəbəraz.az "-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Putinin katibi Dmitri Peskov liderlərin avqustun 9-da Sankt-Peterburqda keçirəcək görüşünü şərh edərkən bildirib.

“Görüşkə iki ölkə arasında əlaqələrin necə, hansı tempdə və neçə mərhələdə stabilləşməsinin yollarına dair ciddi fikir mübadiləsi aparılacaq”, - deyə Peskov söyləyib.

O həmçinin qeyd edib ki, görüşdə Suriya məsələsi daxil olmaqla regional problemlər də müzakirə mövzusu olacaq.


Geri dön