Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışır

Həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışır


3-08-2016, 20:37. Yazar: Xeberaz
Həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışır

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyin yollarını axtarır.

Publika.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, davamlı sülhün əldə olunması üçün danışıqlar prosesi vacibdir: “Heç bir həll variantı hansısa tərəfə zorla qəbul etdirilə bilməz. Həmsədrlər də tərəflərin yüksək səviyyəli rəsmilərinin köməyi ilə danışıqlarda iştirak edir və təmas xəttində zorakılığın azaldılması istiqamətində çalışır”.

C. Uorlik sülhə nail olmaq üçün prezidentlərin növbəti görüşünü keçirmək imkanını axtardıqlarını diqqətə çatdırıb.

Geri dön