Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Xəbəraz TV > Onun üzərində 1 kiloqramdan artıq heroin və həşiş aşkarlanıb.– VİDEO

Onun üzərində 1 kiloqramdan artıq heroin və həşiş aşkarlanıb.– VİDEO


13-05-2015, 16:32. Yazar: Xeberaz

Onun üzərində 1 kiloqramdan artıq heroin və həşiş aşkarlanıb.– VİDEO
Mirzə Ələkbər Sabirin narkoman nəticəsi


Bakıda narkotik maddələrin alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Xeberaz.az Report-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qobustan rayon sakini, 48 yaşlı Samir Tahirzadə saxlanılıb.

Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin və həşiş aşkar edilib.

S.Tahirzadə narkotik maddələri 1500 manata aldığını, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib.

O, əvvələr Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunaraq 7 dəfə azadlıqdan məhrum edilib. Sonuncu dəfə ötən il azadlığa buraxılan S.Tahirzadə barəsində bu dəfə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Tahirzadə Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) nəticəsidir.

Geri dön