Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > İlham Əliyev Avropa Oyunlarının Parkının açılışında

İlham Əliyev Avropa Oyunlarının Parkının açılışında


13-05-2015, 13:31. Yazar: Xeberaz
İlham Əliyev Avropa Oyunlarının Parkının açılışında
Azad Rəhimov məlumat verdi.

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verdi ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış oldular.

Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar.
Geri dön