Ana Sayfa > M / Karusel / Gündəm / İdman / M2 / Xəbəraz TV > Qarabağdan xəbər Burada demək olar ki, yaşayış yoxdur. - VİDEO

Qarabağdan xəbər Burada demək olar ki, yaşayış yoxdur. - VİDEO


12-05-2015, 23:40. Yazar: Xeberaz

Qarabağdan xəbər Burada demək olar ki, yaşayış yoxdur. - VİDEO

“Baku HOG Azerbaijan” komandasının Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunan “Heydər Əliyev yolu ilə” adlanan motoyürüşü başa çatıb.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, Naxçıvana İran üzərindən səfər edən bayker qrupu işğal altında olan Cəbrayıl və Zəngilan rayonlarının görüntülərini çəkiblər.

Videodan dağılmış evləri və orada yaşayışın demək olar ki, olmadığını, hərbçilərin keşik çəkdiyini görmək mümkündür.

Azərbaycan torpaqlarında erməni toponimləri, ermənicə yazılmış yanacaqdodurma məntəqəsi, Ermənistan əsgərlərinin müşahidə qüllələri yer alır.

Ərazilər demək olar ki, boşdur. 1992-93-cü illər işğaldan sonra, azərbaycanlıların öz torpaqlarından qovulmasından sonra bu ərazilərdə yaşayış yox səviyyəsindədir.

Arasıra avtomobillərin hərəkət etdiyini görmək olar. Araz çayı üzərində 11 və 15 aşırımlı Xudafərin körpüsü erməni vandalizminin qurbanı olub.

Geri dön