Ana Sayfa > M / Karusel / Siyasət > İrəvan ayaqda: Sərkisyan istefaya çağırılır

İrəvan ayaqda: Sərkisyan istefaya çağırılır


23-07-2016, 00:41. Yazar: Xeberaz
İrəvan ayaqda: Sərkisyan istefaya çağırılır

İrəvanda müxalifət tərəfdarlarının mitinqi keçirilir.

"Xəbəraz.az " xəbər verir ki, mitinqdə çıxış edən deputat Nikol Paşinyan Ermənistan prezidenti Serj Sərkisyanın istefasını tələb edib. O, hakimiyyətin siyasətini kəskin şəkildə tənqid edib. “Bizim ən vacib məqsədlərimizdən biri Serj Sərkisyanın istefasına nail olmaqdır”, - deyə deputat qeyd edib.

Nikol Paşinyan çoxsaylı mitinq iştirakçılarını polislərə qarşı zorakılıqdan çəkinməyə çağırıb: “Biz polisə və digər hüquq mühafizə orqanlarına zorakı hərəkətlərə əl atmaları üçün əsas verməməliyik. Hətta onlar belə hərəkətlərə yol versələr biz cavab verməməliyik. Bizim məqsədimiz qeyri-zorakı, sivil siyasi mübarizədir”.
Geri dön