Ana Sayfa > M / Karusel / Siyasət > ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir

ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir


22-07-2016, 15:54. Yazar: Xeberaz
ATƏT qiyamçıların məhkəməsinə müşahidəçi göndərmək istəyir
ATƏT Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib.

APA-nın “Deutsche Welle” yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT/DTİHB-nin direktoru Maykl Link "RBB-İnforadio"ya müsahibəsində deyib. O bildirib ki, ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.

M. Link qeyd edib ki, Ankara ATƏT-in təkliflərinə hələ ki cavab verməyib.

Qeyd edək ki, Türkiyə dövləti fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində müvəqqəti olaraq Avropa İnsan Haqları Konvensiyasının icrasını dayandırıb.
Geri dön