Ana Sayfa > M / Karusel / Siyasət > Bakı haqqında məqaləyə görə Rusiya saytı bağlandı
Bakı haqqında məqaləyə görə Rusiya saytı bağlandı21-07-2016, 17:44. Yazar: Xeberaz |
Moskva şəhər məhkəməsi story-media.ru portalını 15 gün müddətinə blok edib. Bu qərara səbəb “Gazeta.ru” internet-nəşrin öz müəllifini bu saytda məqaləsini aşkar etməsi olub. Qərarda bunun “ədəbi əsərə intellektual hüquqların” müdafiəsi üçün edildiyi bildirilib. Məlumata görə, iddia üçün predmet story-media.ru saytında dərc edilən “Bakı Xəzərin mirvarisidir” məqaləsi olub. Məhkəmə məqalənin “Gazeta.Ru”da 2016-cı ilin mart ayında dərc edilən Yelizaveta Mayetnanın “Tsigel-tsigel-ay-lyu-lyu: Bakıda nə ilə məşğul olmaq olar” məqaləsinin surəti olduğunu qərara alıb. “Gazeta.ru”nun daxil olduğu “Rambler & Co” holdinqində “mütəmadi olaraq kontentin qanunsuz dərc edilməsi ilə mübarizə apardıqlarını” bildiriblər. Blok edilmiş sayt iyulun 20-də açılmayıb, müdriyyət ilə əlaqə qurmaq mümkün olmayıb. Sayt məlumatları gizli saxlanan hüquqi şəxsin adına qeydiyyatdan keçirildiyi bildirilib. Geri dön |