Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyə səfiri Azərbaycana səsləndi

Türkiyə səfiri Azərbaycana səsləndi


21-07-2016, 16:42. Yazar: Xeberaz
Türkiyə səfiri Azərbaycana səsləndi

Azərbaycan Türkiyəyə, hər hadisədə olduğu kimi, 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm.

Report-un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır, buna kiminsə şübhəsi olmasın: “Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid oldunuz. Xalq küçələrdə mövqe sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Türkiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyə demokratiyası qazandı”.
Geri dön