Ana Sayfa > M / Karusel / Gündəm > Kreml: “Prezidentlərin görüşü Bakıda olacaq”

Kreml: “Prezidentlərin görüşü Bakıda olacaq”


20-07-2016, 15:11. Yazar: Xeberaz
Kreml: “Prezidentlərin görüşü Bakıda olacaq”

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin üçtərəfli görüşü keçiriləcək.

"Xəbəraz.az " “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Məlumatda liderlərin üçtərəfli görüşünün Bakıda keçiriləcəyi bildirilir.

Qeyd edək ki, görüşün avqustun 8-də keçiriləcəyi gözlənilir. Üçtərəfli görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi və bir sıra regional məsələlər müzakirə olacaq.
Geri dön