Ana Sayfa > M / Karusel / Gündəm / Şou-Biznes / M2 > Aparıcı Elgiz Əkbərin "Adam içində" verilişi yayımını dayandırıb. Xoşqədəmə görə

Aparıcı Elgiz Əkbərin "Adam içində" verilişi yayımını dayandırıb. Xoşqədəmə görə


11-05-2015, 17:29. Yazar: Xeberaz
Aparıcı Elgiz Əkbərin "Adam içində" verilişi yayımını dayandırıb. Xoşqədəmə görə
Aparıcı Elgiz Əkbərin "Adam içində" verilişi yayımını dayandırıb.

Xeberaz.az -ın məlumatına görə, onun yerinə "Sən tək deyilsən" verilişi efirə gedir. Proqramın aparıcıları Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərdir. İlk buraxılışı bu gün efirə gedən proqramda E.Əkbər bunları deyib:
"Ab-havamız, studiyamız dəyişib. Amma bu o demək deyil ki, biz işimizi dəyişmişik. Həmişə olduğu kimi bizə müraciət edən insanların yanındayıq. Əlimizdən gələn qədər sizlərə kömək edəcəyik. Sizlərin yanında olacağıq. ANS-də tamaşaçılar hər zaman 16:20-dən 19:00-a kimi Elgiz Əkbəri görməyi adət edib. Bu gündən etibarən mən bu müqəddəs səhnəni Xoşqədəm Hidayətqızı ilə bölüşəcəm".
X.Hidayətqızı E.Əkbərlə bağlı fikirlərini bölüşüb:
"Mənə ruh verən tamaşaçılarım qarşısında baş əyirəm. Oxucularım hər zaman Elgizlə bağlı müsbət rəylərimi oxuyub. Baxmayaraq ki, biz ayrı-ayrı kanallarda işləyirdik, o, bəzi insanları mənim verilişimə yönləndirirdi. Öz sözünü demiş jurnalistlərdəndir. "Axtarıram səni" və "Adam içində" verilişindəki yarımçıq qalan taleləri "Sən tək deyilsən"lə davam edəcəyik".


Geri dön