Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı18-07-2016, 17:22. Yazar: Xeberaz |
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. "Xəbəraz.az " xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilib: Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Komissiyanın üzvləri: Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Eldar Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri Səadət Yusifova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Mail Rəhimov – Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Əli Hüseynov – Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Ataxan Paşayev – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”. 2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə: 2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin; 2.2. 1-ci hissə üzrə: 2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin; 2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin; 2.3. 3-cü hissə üzrə: 2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin; 2.3.2. 3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın. Geri dön |