Ana Sayfa > M / Karusel / Siyasət > Avropa Birliyidən Türkiyəyə xəbərdarlıq

Avropa Birliyidən Türkiyəyə xəbərdarlıq


18-07-2016, 16:23. Yazar: Xeberaz
Avropa Birliyidən Türkiyəyə xəbərdarlıq
Türkiyədə yaşanan son olaylardan sonra ölüm hökmünün bərpası məsələsi ölkədə və Avropa İttifaqında müzakirələrə səbəb olub.

"Xəbəraz.az " xəbər verir ki, sözügedən mövzu Avropa İttifaqının da gündəmində yer alıb. İttifaq Türkiyəyə xatırladıb ki, ölkə Avropa İnsan Haqları konvensiyasına, həmçinin Avropa Şurasının üzvü kimi qarşısına qoyulan öhdəliklərə əməl etməlidir.

Türkiyədə ölüm hökmünün bərpa edilməsi mövzusuna Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini də münasibət bildirib. O, “Ölüm hökmü tətbiq edən hər hansı bir ölkə heç vaxt AB üzvü ola bilməz”,-deyə bildirib.

Xatırladaq ki, Türkiyədə hərbi çevrilişə cəhd edildikdən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ölüm hökmünün yenidən bərpasının mümkün olduğunu demişdi.
Geri dön