Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Netanyahudan Türkiyə açıqlaması

Netanyahudan Türkiyə açıqlaması


17-07-2016, 23:56. Yazar: Xeberaz
Netanyahudan Türkiyə açıqlaması

İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyədə baş verən hərbi çevrilişə cəhdin Tel-Əvivlə münasibətlərə təsir etməyəcəyini açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik toplantısında danışan Netanyahu iki ölkə arasında əldə olunan razılaşmanın qüvvədə qaldığını deyib:

“İsrail və Türkiyə bir müddət öncə razılığa gəlib. Türkiyədə həftə sonu meydana gələn dramatik hadisələrə baxmayaraq iki ölkə arasında münasibətlərin normallaşma prosesi davam edəcək”.

Xatırladaq ki, iyunun 27-də Türkiyə ilə İsrail arasında əlaqələrin normallaşması məqsədi ilə razılaşma imzalanmışdı.
Geri dön