Ana Sayfa > M / Karusel / Dünya > Türk gəmisi artilleriya atəşinə tutuldu: Hücum zamanı Ölən və yaralananlar var

Türk gəmisi artilleriya atəşinə tutuldu: Hücum zamanı Ölən və yaralananlar var


11-05-2015, 14:15. Yazar: Xeberaz
Türk gəmisi artilleriya atəşinə tutuldu: Hücum zamanı  Ölən və yaralananlar var
Hücum zamanı gəmi beynəlxalq sularda olub.

Liviya sahillərində Tobruk limanına yaxınlaşarkən türk şirkətinə aid “Tuna-1” yük gəmisi qurudan artilleriya atəşinə məruz qalıb.

Xeberaz.az xəbər verir ki, bu barədə Reuters Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Sahildən artilleriya atəşinə məruz qaldıqdan sonra gəmiyə havadan zərbələr ednirilib. Nəticədə 3-cü kapitan həyatını itirib, bir neçə ekipaj üzvü yaralanıb.

Nazirlikdən bildiriblər ki, hücum zamanı gəmi beynəlxalq sularda olub.
Geri dön