Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV / Aktual > Türkiyə səfiri: “Ağlını itirmiş insanlar...” – Video

Türkiyə səfiri: “Ağlını itirmiş insanlar...” – Video


17-07-2016, 23:51. Yazar: Xeberaz
Türkiyə səfiri: “Ağlını itirmiş insanlar...” – Video

Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı qüvvələrinin əsgəri deyil.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşkun ANS-in "Hesabat" verilişində Mir Şahinin suallarını cavablandırkən deyib.

"Sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu. Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil",- Alper Coşkun vurğulayıb.

Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu deyib:

"Türkiyə Cumhuriyyəti bayaq sayılan təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub".

Geri dön