Ana Sayfa > M / Karusel / Siyasət > Tahir Salahov “Heydər Əliyev” mükafatı ilə təltif edilib

Tahir Salahov “Heydər Əliyev” mükafatı ilə təltif edilib


11-05-2015, 13:56. Yazar: Xeberaz
Tahir Salahov “Heydər Əliyev” mükafatı ilə təltif edilib
İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycanın xalq rəssamı Tahir Salahov “Heydər Əliyev” mükafatı ilə təltif olunub. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Xeberaz.az xəbər verir ki, Tahir Salahov mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə layiq görülüb.

Qeyd edək ki, mükafat mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə prezident İlham Əliyev tərəfindən Tahir Salahova təqdim edilib.oxu.az
Geri dön