Ana Sayfa > M / Karusel / Dünya > Rusiya FSB-si İrəvanda güclü iş rejiminə keçdi

Rusiya FSB-si İrəvanda güclü iş rejiminə keçdi


17-07-2016, 01:36. Yazar: Xeberaz
Rusiya FSB-si İrəvanda güclü iş rejiminə keçdi

Rusiya və Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Türkiyədəki hadisələrlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.

Qeyd edək ki, 1992-ci ildən bu yana Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti qoruyur.

Dünən Türkiyədə bir qrup hərbçi çevrilişə cəhd edib. Nəticədə 90 nəfər ölüb, 1500-dən çox hərbçi həbs olunub.
Geri dön