Ana Sayfa > M / Karusel / Gündəm > I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü elan edilməsi təklif olunur.
I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü elan edilməsi təklif olunur.11-05-2015, 13:43. Yazar: Xeberaz |
İyunun 12-si. Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Xeberaz.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub. Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur. Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq. Geri dön |