Ana Sayfa > M / Karusel / İdman > Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazandı

Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazandı


11-05-2015, 13:40. Yazar: Xeberaz
Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medal qazandı
2 qızıl və 1 gümüş.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, yarışa 35 idmançı (23 kişi, 12 qadın) qatılan Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb.

Belə ki, bütün görüşlərini qələbə ilə başa vuran Nicat Şixəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 48 ölkə arasında Rumıniya ilə 1-2-ci yerləri bölüşüb.
Geri dön