Ana Sayfa > M / Karusel / Gündəm > Silahlı Qüvvələrin 1-ci ordusu Ərdoğana dəstək verdi

Silahlı Qüvvələrin 1-ci ordusu Ərdoğana dəstək verdi


16-07-2016, 02:51. Yazar: Xeberaz

Silahlı Qüvvələrin 1-ci ordusu Ərdoğana dəstək verdi
Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə bağlı yaranmış vəziyyət maraqlı istiqamət almağa başlayıb. Belə ki, saatlar ötdükcə hökumətin dəstəyi artmağa başlayıb.

"Xəbəraz.az " ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir müddət öncə Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordu komandanı, ordu generalı Ümit Dündar ölkədə baş verənlərlə bağlı açıqlama verib.

Ordu generalı Ümit Dündar vurğulayıb ki, İstanbul və Ankarada narahatedici bir durum mövcud deyil. General istanbul valisi ilə birlikdə İstanbulun nəzarət altına alınması üçün çalışdıqlarını bildirib.

Ordu generalı Ümit Dündar onu da qeyd edib ki, hərbi çevrilişə cəhd göstərənlər ordu içərisində yalnız kiçik bir qrupdur: "Bu çevriliş çəhdinə qatılmayan digər hərbçilərlə birlikdə gərəkli tədbirləri həyata keçiririk".
Geri dön