Ana Sayfa > M / Karusel / Maraqlı / M2 / İbadət > QURAN-analar öz uşaqlarına iki il boyunca süd versinlər.
QURAN-analar öz uşaqlarına iki il boyunca süd versinlər.11-05-2015, 00:18. Yazar: Xeberaz |
Tibbi baxımdan ana südü körpə üçün ən xeyirli qida sayılır. Xeberaz.az -ın islam.az-a istinadən məlumatına görə, onun tərkibində körpənin sağlam inkişafı üçün tələb olunan bütün faydalı maddələr vardır. Buna görə İslam dinində ananın öz körpəsini südlə böyütməsi təşviq edilir. Qurani-kərimin “Əhqaf” surəsinin 15-ci ayəsində buyurulur ki, hamiləlik və südvermə müddətləri üst-üstə 30 aydır. “Bəqərə” surəsinin 233-cü ayəsində isə buyurulur ki, analar öz uşaqlarına iki il boyunca süd versinlər. Məsələ bundadır ki, hamiləliyin ən qısa müddəti 6 aydır; bundan az müddətdə doğulan uşaq yaşaya bilməz. Buna görə Allah ən qısa hamiləlik müddətini 6 ay götürərək, südverməyə 2 il ayırır və bunların cəmini 30 ay hesab edir. Bəzi hədislərdə körpəyə ən azı 21 ay süd verilməsi buyurulur. Geri dön |