Ana Sayfa > M / Karusel / Gündəm > Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi

Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi


15-07-2016, 11:07. Yazar: Xeberaz
Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi
Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi
Araşdırılmadan qeyri-dəqiq formada yayılan xəbərlər düşmənin maraqlarına xidmət edir.
Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq edilib.

Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun zabiti Toğrul Məmmədovun minaya düşərək həlak olması barədə məlumatlar yer alsa da, zabitimizin Ağdam istiqamətində erməni snayperinə tuş gəldiyi dəqiqləşib.



Geri dön