Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü


14-07-2016, 11:42. Yazar: Xeberaz
Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü

Bu gün rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub. Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön