Ana Sayfa > M / Karusel / Siyasət > Con Kerri Moskvada Qarabağı müzakirə edəcək

Con Kerri Moskvada Qarabağı müzakirə edəcək


12-07-2016, 01:25. Yazar: Xeberaz
Con Kerri Moskvada Qarabağı müzakirə edəcək

ABŞ dövlət katibi Con Kerri iyulun 14-də Rusiyaya səfər edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

"Con Kerri iyulun 14-də Moskvaya gələrək Rusiyanın yüksək vəzifəli nümayədələri ilə Suriya, Ukrayna, Dağlıq Qarabağ münaqişələrini və digər məsələləri müzakirə edəcək" – deyə Kirbi brifinqdə bildirib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Kerrinin Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.
Geri dön