Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov polis rəisi ilə bağlı əmr imzaladı

Ramil Usubov polis rəisi ilə bağlı əmr imzaladı


11-07-2016, 15:37. Yazar: Xeberaz
Ramil Usubov polis rəisi ilə bağlı əmr imzaladı




Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.

"Xəbəraz.az " Kəpəz TV-yə istinadən xəbər verir ki, nazirin digər əmri ilə E.Aslanov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub.

Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.

Qeyd edək ki, E.Aslanov buna qədər Mingəçevir şəhər Polis Şöbəsində rəis müavini və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edirdi.

Ağstafa rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.
Geri dön