Ana Sayfa > M / Karusel / İdman / M2 > “Real” çempionluq yolunda büdrədi - VİDEO

“Real” çempionluq yolunda büdrədi - VİDEO


10-05-2015, 14:26. Yazar: Xeberaz
“Real” çempionluq yolunda büdrədi - VİDEO
Madrid təmsilçiləri öz meydanında “Valensiya”nı qəbul edib.

İspaniya La Liqasında 36-cı tur çərçivəs­ində bu gün “Real” doğma meydanda “Valensiya”nı qəbul edib.

Xeberaz.azoxu.az-a xəbər verir ki, hesabı 19-cu dəqiqədə qonaqlar açıblar. Francisco Alcacer fərqlənib.

7 dəqiqə sonra Javi Fuego madridliləri növbəti dəfə məyus edib. Birinci hissənin əvvəlində Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

İkinci hissəyə meydan sahibləri fəal baş­layıblar.

56-cı dəqiqədə Pepe baş zərbəsi ilə hesab arasındakı fərqi azaldıb. 84-də isə İsko gözəl zərbə ilə oyunda bərabərliyi bərpa edib.

“Real”ın bundan artığına vaxtı çatmayıb.

Beləliklə, “Barselona” 90 xalla birinci,­ 86 xalla “Real” isə ikinci pillədədir.
[media=https://youtu.be/QbNv2OszKw8]

Geri dön