Ana Sayfa > M / Karusel / Gündəm > Dəmir yolları ətrafında qanunsuz tikilmiş evlərin məsələsi-Cavid Qurbanov

Dəmir yolları ətrafında qanunsuz tikilmiş evlərin məsələsi-Cavid Qurbanov


10-05-2015, 14:16. Yazar: Xeberaz
Dəmir yolları ətrafında qanunsuz tikilmiş evlərin məsələsi-Cavid Qurbanov
“Evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq”.

Biz avtomobil yolları ilə bağlı iş apararkən yol kənarında yerləşən 70 min obyekt, ev köçürülüb. Onların hamısının pulu dövlət tərəfindən ödənilib. Narazı qalanlar da ola bilərdi, çünki heç kəs bu məsələlərdə tam razı qalmır. Dəmir yolunun ətrafında da çoxlu belə ev var.

Xeberazaz -ın “APA-Economic”ə istinadən məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov bildirib ki, mümkün olan yerlərdən dəmir yolu köçürüləcək, bəzi yerlərdə evlərlə dəmir yolunun arası daş hasarla kəsiləcək, bəzi yerlərdə isə dəmir yolu ilə evlər arasında səsboğucu vasitələr quraşdırılacaq: “Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək. Onlar da bizim vətəndaşlarımızdır. Məsuliyyətdən qaça bilmərik, səhv, yaxud düz edib, bu evləri tikiliblər, bu başqa məsələ, ancaq çalaşacağıq ki, onlara yardım edək”.
Geri dön