Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Bakıda elektrik qatarlarının gedişi bərpa ediləcək

Bakıda elektrik qatarlarının gedişi bərpa ediləcək


10-05-2015, 14:11. Yazar: Xeberaz
Bakıda elektrik qatarlarının gedişi bərpa ediləcək
Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında.

İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

Xeberaz.az -ın “APA-Economic”ə istinadən məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.
Geri dön