Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm > NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib


9-07-2016, 18:22. Yazar: Xeberaz
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib

Varşavada NATO sammitinin yekununda sənəd qəbul olunub

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

"Report"un verdiyi məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir", - deyə sənəddə qeyd olunub.

Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
Geri dön