Ana Sayfa > M / Karusel / Hadisə > Binəqədi rayonunda silahlı şəxslər mənzilə daxil olub.

Binəqədi rayonunda silahlı şəxslər mənzilə daxil olub.


9-05-2015, 17:35. Yazar: Xeberaz
Binəqədi rayonunda silahlı şəxslər mənzilə daxil olub.
Qadın qışqırmağa başlayıb.

Xeberaz.az -ın Lent.az-a istinadən məlumatına görə, dünən 4-cü Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Yöndəmir Sevinc Kərim qızı tanımadığı şəxslərin yaşadığı evə daxil olduğunu bildirib. 26 yaşlı qadın qeyd edib ki, dünən səhər saatlarında həyətə düşərkən evin zirzəmisində tanımadığı iki nəfərin olduğunu görüb.

O, bundan sonra qışqıraraq qonşuları köməyə çağırıb. Naməlum şəxslər bundan sonra qaçıblar.

Şikayətçi evə daxil olmaq istəyən şəxsləri daha öncə görmədiyini deyib.

Müraciət əsasında araşdırma aparılır.
Geri dön