Ana Sayfa > M / Karusel / İdman > Azərbaycan kəməri uğrunda yarış keçirilib.

Azərbaycan kəməri uğrunda yarış keçirilib.


9-05-2015, 15:22. Yazar: Xeberaz

Azərbaycan kəməri uğrunda yarış keçirilib.
Bu gün Naxçıvanın Şərur rayonunda Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü ilə bağlı kikboksinq üzrə Azərbaycan kəməri uğrunda yarış keçirilib. Xeberaz.az qafqazinfoxəbər verir ki, 8 çəki dərəcəsi üzrə keçirilən yarışda qaliblər mükafatlandırılıb.


Yarış barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev saytımıza açıqlama verib:

“Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan kəməri turniri çox maraqlı olub. Şərur rayonunun Olimpiya Kompleksində keçirilən yarışa maraq böyük idi. Artıq kikboksinqçilərimiz bütün dünyaya səs salıblar və beynəlxalq arenada özlərini yaxşı tərəfdən göstərirlər. Azərbaycan kəməri turniri ilk peşəkar turnir idi. Turnir heç də Bakıda keçirilən yarışlardan geri qalmayıb. 8 kəmərin də sahibi müəyyənləşdi və qaliblər mükafatlandırıldı”.




Geri dön