Ana Sayfa > M / Karusel / Siyasət > auptman: “Ermənistana təzyiq göstərilməlidir“

auptman: “Ermənistana təzyiq göstərilməlidir“


4-07-2016, 20:30. Yazar: Xeberaz
auptman: “Ermənistana təzyiq göstərilməlidir“

Almaniyanın “Südthüringen Kurier” qəzetində “Dağlıq Qarabağ üçün sülh həlli” adlı məqalə dərc edilib

Məqalədə Almaniya Bundestaqının deputatı Mark Hauptmanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair fikirləri yer alıb.

Münaqişə tərəflərini sülh yolu ilə həllə sadiq qalmağa çağıran almaniyalı deputat davamlı həll üçün işğala son qoyulmasının vacibliyini qeyd edir:

“Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı Azərbaycana geri qaytarmalıdır. Bu haqda hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib”.

Deputat vurğulayır ki, münaqişənin dondurulması yolverilməzdir. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir. (Azərtac)
Geri dön