Ana Sayfa > M / Karusel / Siyasət > Baş nazirdən təcili qərar: Hamısı edam edilsin

Baş nazirdən təcili qərar: Hamısı edam edilsin


4-07-2016, 16:59. Yazar: Xeberaz
Baş nazirdən təcili qərar: Hamısı edam edilsin
İraqın paytaxtı Bağdadda baş verən geniş miqyaslı terror ölkə rəhbərliyini hərəkətə gətirib.

"Xəbəraz.az " xəbər verir ki, Baş nazir Heydər Abadi edama məhkum edilən bütün terrorçuların dərhal asılması barədə qərar qəbul edib.

“Əl Sumariyə” telekanalının yaydığı məlumata görə, bu barədə Ədliyyə Nazirliyinə müvafiq göstəriş verilib.

Xatırladaq ki, iyulun 2-də Bağdadın mərkəzində yerləşən Karrada rayonunda partlayıcı quraşdırılmış avtomobil restoranın qarşısında partladılıb. Hadisənin ardınca Bağdadın şərqində növbəti partlayış baş verib. Nəticədə 213 nəfər həlak olub.

Terrora görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Geri dön