Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV / Məşhurların Taleyi > Bakıda dünya çempionunu barda bıçaqladılar – FOTO

Bakıda dünya çempionunu barda bıçaqladılar – FOTO


9-05-2015, 00:14. Yazar: Xeberaz
Bakıda dünya çempionunu barda bıçaqladılar – FOTO
O, reanimasiyadadır.

Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb.

Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra 25-ci Polis Bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib.

Geri dön